Sabahdan etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində “TələbəPlus” kartlarının verilməsinə başlanılacaq.
Bu barədə Hokm.az-ın sorğusuna cavab olaraq ADPU-dan bildirilib.
Qeyd edilib ki, proses Təhsilin İnkafı Fondu və Kapital Bankla birgə sistemli şəkildə icra olunur:
“Pedaqoji Universitet bu kartların tələbələrin veriləcəyi ilk ali təhsil müəssisələrindəndir. Qeyd edək ki, vahid tələbə kartı – “TələbəPlus”la bağlı Təhsilin İnkişafı Fondu ilə ilk müqaviləni də məhz ADPU bağlayıb”.
Xatırladaq ki, bu gün Bakı Dövlət Universitetində də tələbə kartlarının verilməsinə başlanılıb.