Mövcud hava şəraiti ilə əlaqədar olaraq sabah bir çox universitetdə dərslər onlayn formatda keçiriləcək.
Modern.az xəbər verir ki, onlayn tədrisə keçən universitetlər aşağıdakılardır:
Azərbaycan Texniki Universiteti (AzTU),
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC),
Bakı Mühəndislik Universiteti (BMU),
Türkiyə-Azərbaycan Universiteti (TAU),
Sumqayıt Dövlət Universiteti (SDU),
Xəzər Universiteti,
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU),
Bakı Slavyan Universiteti (BSU),
Bakı Biznes Universiteti,
Azərbaycan Universiteti,
Avrasiya Universiteti,
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
Azərbaycan-Fransız Universiteti (UFAZ),
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
Azərbaycan Dillər Universiteti,
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.
***
20:08
Azərbaycanda bir sıra universitetlərdə sabah dərslər onlayn formatda keçiriləcək.
Hokm.az xəbər verir ki, bu barədə universitetlər məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), Azərbaycan Texniki Universitetində, Sumqayıt Dövlət Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində dərslər onlayn keçiriləcəcək.
Buna səbəb kimi hava şəraitinin kəskinləşməsi göstərilib.
“Mövcud hava şəraiti ilə əlaqədar olaraq sabah UNEC-də bütün dərslər onlayn formatda keçiriləcək. Nəzərə almağınızı xahiş edirik”, – UNEC-in parlamışında bildirilib.
Dərsə gəlmiş qruplara isə universitetlərdə dərs həmişəki qaydada təşkil ediləcək.