Rusların Ukraynada öldürdüyü uşaqların sayı – 143 nəfərbackend

Rusların Ukraynada öldürdüyü uşaqların sayı – 143 nəfər

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 143 uşaq ölüb.

Hokm.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova Telegram-da bildirib.

“28 mart 2022-ci il səhər saat 8:00-a olan məlumata görə, Vahid İbtidai İstintaq Reyestrinə, eləcə də təsdiqi vacib olan digər mənbələrə əsasən, Ukraynada 143 uşaq ölüb, 216 uşaq xəsarət alıb”, – Lyudmila Denisova qeyd edib.modern.az

  •  (0)
  •  (0)