Ukrayna xalqının göstərdiyi dözümlülük Rusiyanı öz taktikasını dəyişməyə vadar etdi, bunu prezident Vladimir Zelenski xalqa yeni müraciətində deyib.
Ukrayna prezidenti Vladimir Zelenski xalqa növbəti video müraciətində bildirib ki, Rusiyanın Ukrayna şəhərlərini raket-bomba atəşinə tutması bizim torpağımızda istəklərinə nail ola bilməməsindən xəbər verir. Bizim bütün müdafiə xətlərimiz yerində qalıb. Heç bir strateji istiqamətdə düşmən uğur əldə edə bilməyib. Onlar depressiyadadırlar”, – Zelenski deyib.
“Biz hər bir evi , hər küçəni, hər şəhəri bərpa edəcəyik. Biz Rusiyaya deyirik:reparasiya və kontribusiya sözünü öyrənin. Dövlətimizə, hər bir ukraynalıya qarşı etdiyiniz hər şeyə görə bizə kompensasiya verəcəksiniz”, – o, davam edib.
“Elə bir silah yoxdur ki, bizə qarşı, Ukraynanın azad vətəndaşlarına qarşı istifadə etməyəsiniz. İndi də çıxıb təbliğatçılarınıza deyirsiniz ki, Ukraynaya qondarma humanitar yardım göndərəcəksiniz. Allahsızlar yadınızda saxlayın, milyonlar sizi lənətləyəndə özünüzü xilas edə bilməyəcəksiz,” – Ukrayna prezidenti əlavə edib.
O qeyd edib ki, daha əvvəl yaradıldığını elan etdiyi əcnəbi legiona 16 min əcnəbi yazılıb və onlardan birincisi artıq yoldadır.
Zelenski çıxışının lap sonunda ukrayna dilindən rus dilnə keçərək “evə get. Öz evinə. Rusdilli əhalini dünya üzrə yox pz evində qoru. Torpağında 150 milyon yaşayır. Burada isə – Ukraynaya eşq olsun” deyib.