Rusiyaya qarşı 16-cı sanksiyalar paketini müzakirə edəcəklərbackend

Rusiyaya qarşı 16-cı sanksiyalar paketini müzakirə edəcəklər

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri yanvarın 27-də keçiriləcək iclasda Rusiyaya qarşı 16-cı sanksiyalar paketini və onun dondurulmuş aktivlərinin Ukrayna üçün istifadəsini müzakirə etmək niyyətindədirlər.

“Hokm.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Aİ-nin yüksək səviyyəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.

“16-cı sanksiyalar paketi ilə bağlı müzakirələr aparılacaq, bundan əlavə, Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı müzakirələr davam edəcək”, – o qeyd edib.

  •  (0)
  •  (0)