Rusiyanın ƏN KÖK QADINI koronavirusdan öldü – FOTOLARbackend

Rusiyanın ƏN KÖK QADINI koronavirusdan öldü – FOTOLAR

Rusiyanın Volqoqrad şəhərinin sakini, vaxtilə 300 kiloqramdan çox çəkisi olan və ölkənin ən ağır qadını kimi tanınan Natalya Rudenko koronavirusa tutulduqdan sonra ölüb.

Hokm.az xəbər verir ki, bu barədə V1.RU yazır.

Qadının qohumlarının sözlərinə görə, keçən ilin payız aylarında Natalya koronavirusa yoluxub.

“Bundan sonra ona iynə vuruldu. Bilmədik, sızanağa vurdular, ya harasa başqa yerə. Sonra irinləyən yeri təmizləyirdilər, amma tam nə olduğunu heç anlamadım”, – deyə xəstənin xalası Ludmila danışıb.

Koronavirusa tutulduqdan sonra Natalya bir müddət xəstəxanada yatıb. Burada onun ağciyərlərində dəlik aşkarlanıb və o, təcili olaraq digər xəstəxanaya köçürülüb, elə burada da dünyasını dəyişib.

2021-ci ilin yanvarında Rudenko iki ilə 150 ​​kiloqram arıqladığını bildirmişdi, lakin xəstəlik zamanı onun çəkisi yenidən artmışdı. O, 70 kiloqram çəkidə olmağı və arzuladığı ətəyi geyinməyi hədəf alsa da, xəstəlik arzusunu çatmağa imkan verməyib.

Rusiyanın ƏN KÖK QADINI koronavirusdan öldü - FOTOLAR

  •  (0)
  •  (1)