Rusiyanı pisləyən qətnamə BMT-də səsə qoyulacaqbackend

Rusiyanı pisləyən qətnamə BMT-də səsə qoyulacaq

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası bu gün Rusiyanın Ukraynaya hərbi hücumunu pisləyən qətnaməyə səs verəcək.

Hokm.az xəbər verir  ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında 90 ölkənin dəstəklədiyi qanun layihəsi 193 üzv dövlət tərəfindən səsverməyə çıxarılacaq.

Layihədə Rusiyanın Ukraynaya hücumları qəti şəkildə pislənilib, Moskva isə “bütün hərbi qüvvələrin Ukrayna ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını” tələb edilib.

Sözügedən qanun layihəsində Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü vurğulanıb və “Rusiya Federasiyasının BMT Konvensiyasının 2-ci maddəsinin 4-cü bəndini pozaraq Ukraynaya qarşı təcavüzü ən böyük təəssüflə qarşılanıb” bəyanata daxil edilib.

Fevralın 21 -də Rusiyanın qondarma Donetsk və Luqansk respublikalarını tanıma qərarının etibarsız olduğunu bildirən qanun layihəsində “Rusiya bu qərarı dərhal və qeyd-şərtsiz ləğv etməlidir” qeyd edilib.

Bütün tərəfləri Minsk razılaşmasına əməl etməyə dəvət edən qanun layihəsində humanitar yardımların çatdırılmalı olduğu ərazilərə girişin təmin edilməsi də qeyd olunub.”Unikal”

  •  (0)
  •  (0)