“Cənab Paşinyan Qarabağı satıb və təkcə Qarabağı satmayıb”.
Hokm.az Ordu.az-a istinadən xəbər verir ki, bunu öz teleqram kanalında Rusiyada yaşayan tanınmış politoloq və analitik Semyon Bağdasarov yazıb.
O bildirib ki, baş verən məğlubiyyət yox, xəyanətdir.
“ABŞ Mərkəzi Asiyadan qaz və neft üçün boru kəməri yaratmaq məqsədilə çoxdandır Zəngəzur ərazisi ilə Xəzər dənizindən birbaşa dəhliz almaq istəyir. Hər şey onu sübut edir ki, Paşinyan Qarabağı satıb, qiyməti məlumdur”, – deyə o qeyd edib.