Fevralın sonunda başlayan Rusiya Ukrayna müharibəsi fonunda Rusiyaya tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatı sürətlə çökdürür. Rusiyada olan xarici şirkətlərin ölkədən çıxması, Rusiya ilə iqtisadi əlaqələrin məhdudlaşdırılması, hava məkanının bağlanılması Rusiyada yaşayan azərbaycanlıların da iqtisadi vəziyyətini ağırlaşdırır. Bu hal uzun müddət – bir neçə ay davam edərsə, orada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlılar geri qayıda bilər.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”nın rəhbəri Azər Allahverənov Bizimyol.info saytına açıqlamasında bildirib ki, Rusiyada yaşayan miqrantlar tətbiq edilən sanksiyalara görə, çox çətin vəziyyətə düşəcəklər. İş yerlərinin bağlanması, məşhur brendlərin Rusiya bazarından çıxması, bir çox xarici sərmayə hesabın ahəyata keçirilən layihələrin dayandırılması, çox saylı sənaye müəssisələrinin faəliyyətində olan məhduduiyyətlər kütləvi şəkildə iş yerlərinin itirilməsinə gətirib çıxarır. Bu isə, Rusiyada yaşayan təkcə miqrantların deyil, hamının maddi vəziyyətinə, gəlirlərinə təsir edən bir haldır. Rusiyada miqrantlar müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olurlar.
Azər Allahverənov Azər Allahverənov
Qeyd edək ki, Rusiyada əmək fəaliyyəti ilə məşğul olan 200 minə yaxın azərbaycanlı miqrant var. 400 min həmvətənimiz isə, müxtəlif səbəblərdən Rusiya ərazisində yaşayır.
“Son günlər onlarla əlaqələrimiz zamanı məlum olur ki, artıq onların gəlirləri azalmaqdadır və iş yerlərini itirmək üzrədirlər. Nəzərə alsaq ki, orada yaşayan həmvətənlərimiz qazanclarının 70-80 faizini Rusiya iqtisadiyyatına icarə haqqı, vergilər və digər məsələlərə görə qaytarmaq məcburiyyətində olurlar. Hazırda onlar üçün çox çətin olacaq. Çünki həmin vəsaitləri qazana bilməyəcəklər. İş yerlərinin itirilməsi, ilk ay hiss olunmasa da, sonrakı aylarda bu insanların gəlirlərində, güzəranlarında özünü göstərəcək. Artıq orada olan insanların bir qismi Azərbaycana köçmək barədə düşünürlər. Hətta orada olan həmvətənlərimizin bəzisi orada müəyyən mülkiyyət sahibidirlər. Öz mülklərini satıb Azərbaycana gəlmək istəyən insanlar da var. Onların qənaətinə görə, iqtisadi sanksiyalar bir neçə ay davam edərsə, bu Rusiya ioqtisadiyyatına çox mənfi təsir göstərə bilər. Və bunun nəticəsi olaraq, yaxın 5-10 il ərzində Rusiya iqtisadiyyatının dirçəlməsi çox çətin olacaq” ,- deyə Allahverənov bildirib.
Onun sözlərinə görə, həmvətənlərimizin çox hissəsi Rusiyada ticarət sahəsində çalışırlar. Qida məhsullarının, yüngül sənaye məhsullarının satışı ilə məşğul olurlar. İnsanların gündəlik təlabatını ödəyən qida məhsullarının satışı ilə məşğul olan həmyerlilərimiz baş verən proseslərə uymağa çalışacaqlar.Amma digər sahələrdə qeyri-qida məhsulları satışı sahəsində çalışanlar artıq gəlirlərinin azaldığını bildirirlər. Bu gün Rusiyada diqqət gündəlik qida məhsullarına yönəlib. Bu isə digər sahələrdə çalışan həmvətənlərimizin fəaliyyətinin dayandırlmasına gətirib çıxarır. Buna görə də həmin insanaların böyük bir qismi Azərbaycana qayıtmağı düşünürlər.
Ekspertin fikrincə, bu köç müvəqqəti xarakter daşıyır. Yəni həmvətənlərimiz düşünür ki, bir müddətdən sonra bu sanksiyalar götürüldüyü təqdirdə, Rusiya bazarında canlanma olacaq. Həmin insanlar oraya qayıtmaq istəyəcəklər: “İqtisadi sanksiyalar davam edir. Rusiyadan bir sıra şirkətlərin çıxması və ya çıxarılması irəliləyən zamanlarda iqtisadiyyata öz təsirini göstərəcək”.
Ekspert qeyd edir ki, Rusiyadan Azərbaycana qayıdan həmvətənlərimizin bir hissəsi ola bilər ki, müəyyən bir kapitalla geri qayıtsın. Məsələn, orada olan evini satıb, burada kiçik bir iş qurmağı düşünə bilərlər. Və yaxud əlində kiçik bir vəsaitlə qayıdıb, bir müddət Azərbaycanda yaşayar, vəziyyət dəyişdikdən sonra qayıda bilərlər. Amma bəzi insanlar var ki, ümumiyyətlə, Rusiyadan qayıtmaq barədə düşünürlər. Təbii ki, bu həmvətənlərimizlə bağlı məsələdir: “Soydaşlarımıza gəldikdə isə, onlarla da bağlı vəziyyət eynidir. Soydaşlarımız dedikdə Rusiya Federasiyasının vətəndaşları olan etnik azərbaycanlılar nəzərə tutulur. Onlar iş yerlərini itirdikləri zaman ya yeni iş axtarır, ya da başqa ölkələrə, o cümlədən Azərbaycana üz tuturlar. Artıq belə faktlar var”.bizimyol.info