Rusiyanın İrkutsk vilayətinin Çeremxovsk rayonunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Hokm.az unikal.org-a istinadən bildirir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yayıb.
Bildirilib ki, təyyarə rayonun Rısevo qəsəbəsi yaxınlığında yerə düşüb.
İlkin məlumata əsasən, təyyarə kustar üsulla düzəldilib. Qəzanın səbəbi araşdırılır.