Rusiya Xarici İşlər Nazirliyinin internet platformalarına genişmiqyaslı DdoS kiberhücumlar qeydə alınıb.
“Hokm.az” xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb.
Onun sözlərinə görə, bu səbəbdən Bakı vaxtı ilə 11:00-da başlaması nəzərdə tutulan həftəlik brifinq 15:00-a təxirə salınıb.
Bildirilib ki, mobil cihazlarda nazirliyin saytı açılmır.
Sözçü hazırda mütəxəssislərin problemin aradan qaldırılması istiqamətində işlədiyini əlavə edib.