Rusiya Ukraynada dəmiryolu vağzalını raket atəşinə tutdu: 39 nəfər öldü – YENİLƏNİB + FOTObackend

Rusiya Ukraynada dəmiryolu vağzalını raket atəşinə tutdu: 39 nəfər öldü – YENİLƏNİB + FOTO

Ukraynada, Kramatorsk şəhərində dəmiryolu vağzalına iki ədəd “Toçka-U” raketinin atılması nəticəsində, ilkin məlumata görə, 39 nəfər həlak olub, onlardan dördü uşaqdır.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Artyom Dextyarenko “Facebook”da məlumat verib.

Onun sözlərinə görə, fakt üzrə Cinayət Məcəlləsinin 438-ci maddəsi (müharibə qanun-qaydalarının pozulması) üzrə cinayət işi açılıb.oxu.az

13:08

Rusiya Ukraynanın Kramatorsk şəhərindəki qatar stansiyasına iki raket atıb.

Bu barədə Ukraynanın Dövlət Dəmir Yolu Şirkəti məlumat yayıb.

İnsan sıxlığının yaşandığı qatar stansiyasına raket atılması nəticəsində 30-dan çox ölü və yüzlərlə yaralı olduğu bildirilir.

Ukraynanın şərqindəki qatar stansiyası mülki şəxslərin təxliyəsi üçün istifadə olunur.

Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavlo Kirilenko “Telegram” hesabında hadisə ilə bağlı fotolar paylaşıb. Onun sözlərinə görə, Rusiya “Toçka-U” raketlərindən istifadə edib.

  •  (0)
  •  (1)