Rusiya rekord sayda raket atdı: Onların əksəriyyətini vurmaqla Ukrayna da rekorda imza atdıbackend

Rusiya rekord sayda raket atdı: Onların əksəriyyətini vurmaqla Ukrayna da rekorda imza atdı

Martın 26-da Rusiya Ukrayna ərazisinə eyni vaxtda rekord sayda raket atıb. 

Hokm.az xəbər verir ki, bu barədə “The İnsider” öz mənblərinə istinadən xəbər verib.
Qara dəniz donanmasının gəmiləri tərəfindən Sevastopol sularından 52, Belarus ərazisindən isə ən azı 18 raket atılıb. Bu raketlərin yalnız istehsal xərclərinin ümumi dəyəri 340 milyon dolları ötür (2020-ci ilin qiymətləri ilə). Logistik xərclər nəzərə alınmaqla (yalnız Qara Dəniz Donanmasının gəmilərindən atılan raketlərin) eyni anda edilən yaylım atəşin dəyəri yarım milyard dollara qədərdir.

Eyni zamanda, Ukraynanın hava hücumundan müdafiəsi sistemləri vurulan hədəflərə görə rekorda imza atıb: Rusiya tərəfindən atılan ən azı 70 raketdən yalnız səkkizi hədəfə çatıb. Digərləri göydə məhv edilib. Rusiya, o cümlədən Polşa sərhədinin bilavasitə yaxınlığında yerləşən əraziləri atəşə tutub. Həmin gün ABŞ prezidenti Co Bayden Polşada səfərdə olub.Qaynarinfo

  •  (0)
  •  (0)