İsveç Silahlı Qüvvələri dprd Rusiya qırıcı təyyarəsinin dünən ölkənin hava məkanına soxularaq uçuşlara qoyulan qadağanı pozub.
Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra İsveç digər Avropa ölkələri kimi öz hava məkanını bu ölkənin üzünə bağlayanlar sırasındadır.
İsveç hərbi komandanlığı Rusiya pilotlarının hərəkətini pisləyərək onları qeyri peşəkat və məsuliyyətsiz adlandırıb.
İsveç NATO üzvü deyil. Amma Rusiyanın Ukraynaya təcavüzündən sonra rəsmi Stokholm Finlyandiya ilə bərabər bu quruma daxil olmaq istəyində olduqlarını bildiriblər.
Rusiya XİN-in sözmüsü Mariya Zaxarova bildirib ki, bu ölkələrin NATO-ya daxil olması ciddi hərbi-siyasi nəticələrə səbəb ola bilər və Rusiya tərəfində cavab reaksiyası doğuracaq.