Rusiya Odessaya dənizdən hücuma hazırlaşır – Baş Qərargahbackend

Rusiya Odessaya dənizdən hücuma hazırlaşır – Baş Qərargah

“Qara dəniz əməliyyat zonasında rus işğalçıları Ukraynanın Qara dəniz sahillərinə (Zatoka və Odessa vilayətinə – red.) amfibiya hücumuna hazırlaşmağa davam edir”.

Hokm.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Qara Dəniz Donanması mülki əhalinin arxasında gizlənməyə çalışır.

Baş Qərargahın məlumatına görə, bu gündən etibarən Rusiya Federasiyasının hərbi gəmiləri canlı qalxan kimi “HELT” mülki gəmisinin Qara dəniz təhlükə zonasına daxil olmasını tələb edir. Əks halda, Rusiya gəmiləri “HELT”-ə atəş açacaq”.Publika.az

  •  (0)
  •  (0)