Rusiya millisinin və “Spartak” komandasının sabiq baş məşqçisi Georgi Yartsev xəstəxanaya yerləşdirilib.
Hokm.az “Report”a istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssis koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, Georgi Yartsev hazırda “Tambov” klubunun vitse-prezidentidir. O, “Rotor”, “Dinamo” (Moskva) və “Terpedo”nun da baş məşqçisi olub.