Rusiya ilə ABŞ arasında növbəti görüş keçiriləcəkbackend

Rusiya ilə ABŞ arasında növbəti görüş keçiriləcək

Rusiya və ABŞ arasında növbəti görüşün tarixi açıqlanıb. 

“Hokm.az” xəbər verir ki, bu barədə “RİA Novosti”yə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıb.

Onun sözlərinə görə, iki həftə ərzində ölkələr arasında ekspertlər səviyyəsində görüş keçiriləcək.

Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında görüş baş tutub. Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq edib. Nümayəndə heyəti ABŞ Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar keçirib.

  •  (0)
  •  (0)