Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “Ka-32” helikopteri Kalininqrad vilayətinin Kurş körfəzi hövzəsində qəzaya uğrayıb, bu barədə TASS Rusiya FHN-ə istinadən xəbər verir.
Rusiya FHN həmçinin bildirir ki,qəza təlim uçuşu zamanı baş verib. Ekipajın bir üzvü ölüb, iki nəfər xilas edilib.
Faktla bağlı araşdırma aparılır.