Rusiya bütün gəmilərini cəmləşdirib – Dənizdən hücuma keçəcəkbackend

Rusiya bütün gəmilərini cəmləşdirib – Dənizdən hücuma keçəcək

Rusiyanin hərbi-dəniz donanması Qara dəniz akvatoriyasında tam gəmi qruplaşması formalaşdırıb, döyüş hazırlığı vəziyyətinə gətirib və Ukrayna ərazisinə seriya zərbələr endirməyə hazırlaşır.

Hokm.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirir.

Məlumatda deyilir ki, Kiyevdən şimal və şərq istiqamətlərində də Ukrayna ordusu Rusiya təcavüzkarlarına qarşı müdafiə döyüşləri aparır. O cümlədən sahilboyu ərazilərin və dövlət sərhədlərinin qorunması həyata keçirilir. Bildirilir ki, Rusiya ordusu əsasən Krivoy-Roq istiqamətində hücum cəhdlərini davam etdirir, eyni zamanda Nikolayev və Mariupol şəhərlərini tutmağa çalışır.

Baş qərargahın bildirdiyinə görə, Rusiya bütün beynəlxalq humanitar normaları pozaraq Ukrayna ərazisindəki hərbi və mülki infrastrukturu məhv etməkdə davam edir. Belə ki, martın 13-də Uman, İvano-Frankovsk, Stariçi yaşayış məntəqələrinə raket zərbələri endirilib. Belarus ərazisindən də Ukraynaya “İsgəndər” raketləri ilə zərbələrin endirilməsi davam edir.sfera.az

  •  (0)
  •  (0)