Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları erməni zəvvarlarını Xocavənd rayonunun Amaras məbədinə gətiriblər.
Hokm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, erməni zəvvarları Xankəndi-Amaras monastırı xətti boyunca müşayiət ediblər.