“Rus qoşunları Kiyevdə bir-birini qırır, tanklarını özləri vurmağa başlayıb…” – Ukraynadan RƏSMİ AÇIQLAMAbackend

“Rus qoşunları Kiyevdə bir-birini qırır, tanklarını özləri vurmağa başlayıb…” – Ukraynadan RƏSMİ AÇIQLAMA

Kiyev vilayətində Severinovka yaxınlığında Rusiya qoşunları bir-biri ilə döyüşə girib. Nəticədə 9 tank və 4 zirehli transportyor itirilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti Facebook-da yaydığı məlumatda bildirib.

“Bu dəqiqələrdə Kiyev bölgəsində, Severinovka yaxınlığında, Rusiya qoşunları… elə rus qoşunları ilə döyüşə girib. “Friendly fire” nəticəsində 9 tank və 4 zirehli transportyor məhv edilib. Bu isə bizim 13 Javelin-imizi xilas edib”, – məlumatda deyilir./virtualaz.org

  •  (0)
  •  (0)