Azərbaycan təbii qazı 2022-ci ilin iyulunda Rumıniyaya çatacaq.
Bunu Rumıniyanın energetika naziri Vircil Popesku deyib.
Nazir bildirib ki, ona verilə məlumata görə, Yunanıstan-Bolqarıstan interkonnektoru 2022-ci ilin iyulunadək hazır olacaq və Şaquli qaz dəhlizi işə düşəcək.
Bu dəhliz vasitəsilə Azərbaycan qazı və Yunanıstan limanlarında mayeləşdirilmiş təbii qaz BRUA boru kəməri ilə Rumıniyaya çatacaq. trend