Rövşən Həsənovun rəhbərliyi atında İMMAF Avropa Çempionatında uğurlu çıxış etdilərbackend

Rövşən Həsənovun rəhbərliyi atında İMMAF Avropa Çempionatında uğurlu çıxış etdilər

AZMMAF Prezidenti Rövşən Həsənovun rəhbərliyi altında Azərbaycan idmançıları Serbiyanın paytaxtı Belqradda keçirilən IMMAF Avropa Çempionatında uğurla iştirak ediblər.

“Hokm.az” xəbər verir ki, yarış Ranko Zeravica Sports Hall idman kompleksində baş tutub.

Ümumi iştirakçı sayı: 15 idmançı

Qazandıqları medallar: 5 medal (1 qızıl, 2 gümüş, 2 bürünc)

Medal qazanan idmançılar:

Qızıl medal: Eldar Həsənli (Youth D 10-11 yaş)

Gümüş medal: Mətin Əmirli (Youth D 10-11 yaş),  Cəfərsadiq Mirzəyev (Youth A 16-17 yaş)

Bürünc medal: Əli Novruzlu (Youth B 14-15 yaş),  Səlahəddin Rəhimov (Youth B 14-15 yaş)

İdmançılar və məşqçilər:

Məşqçilər: Şəhriyar Abbasov, Ravil Fətullayev, Natiq Novruzzadə

Administrativ və tərcüməçi işi: Səidə Osmanova

İdmançılar və məşqçilər “Putnik Inn” hotelində yerləşiblər.

Bu mötəbər yarışda Azərbaycan idmançıları yüksək nəticələr əldə edərək ölkəmizi layiqincə təmsil ediblər.

  •  (0)
  •  (0)