Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hokm.az Demokrat.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsibdə hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verib. Vəkillər cinayət işində kobud qanun pozuntuların yol verilməsi səbəbindən cinayət işinə xitam verilməsini istəyiblər.
Daha sonra vəkillər cinayət işi üzrə şahid qismində dindirilən Diapora üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev və Məzahir Şıxaliyevin ifadələrin sübutlar siyahısından çıxarılması bağlı vəsatət veriblər.
Onlar qeyd ediblər ki, həmin şəxslər hadisə olan zaman ifadələrində hadisəni kim tərəfindən törədildiyini bilməsələr də, bu il istintaq zamanı Elçin Əliyevi Rövşən Ələkbərovun törədiyini deyiblər: “Bu səbəbdən onların ifadəsi sübutlar siyahısından çıxarılması istəyirik”.
Rövşən Əkbərovun vəkilləri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını barədə də vəsatət veriblər.
Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqov Rövşən Əkbərova qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb.
Bundan sonra hakimlər hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirəyə yollanıblar.
Müşavirədən qayıdan hakimlər təqsirləndirilən şəxsin vəkillərinin vəsatəti təmin etməyib.
Bundan başqa zərərçəkmiş tərəfin verdiyi mülki iddiasının araşdırılması üçün məhkəmə icraatına götürülməsi barədə qərar qəbul ediblər.
Məhkəmə baxışı iyulun 30-a təyin olunub.