“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Paris Sen-Jermen”in yüksək məbləğdəki təklifini rədd edib.
Hokm.az xəbər verir ki, bu barədə Böyük Britaniya mediası məlumat yayıb. Məlumata görə, Ronaldo əvvəlcə klubundan ayrılmaq istəyib. “Paris Sen-Jermen” klubundan gələn təklif də onu cəlb edib. Lakin Erik ten Haq ingilis klubuna baş məşqçi təyin olunandan sonra Ronaldo fikrini dəyişib. Onun “Mançester Yunayted”də qalması ilə bağlı qəti qərar verdiyi irəli sürülür.
Qeyd edək ki, “Paris Sen-Jermen”in Neymarı satmaq istədiyi və onun yerinə hücumçu axtardığı bildirilir. Fransız klubunun rəhbərliyinin Ronaldonun Lionel Messi ilə birlikdə oynaması üçün istəkli olduğuna dair mediada məlumatlar yayılmışdı.Metbuat.az