İtaliyanın Turin şəhərində məşhur futbolçu Kriştiano Ronaldo ilə eyni ərazidə yaşayan Elizabet Borel yerli mətbuata müsahibə verib. O, portuqaliyalının həyat tərzindən danışıb.
Hokm.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Elizabet Borel Ronaldonu ideal qonşu adlandırıb. Qadın futbolçunu tez-tez öz “Rolls-Royce” avtomobilində ora-bura şütüyən görür. Ronaldonun oğlu isə az qala hər gün məhəllədə skeytbordla gözə dəyir. Yanında mütləq cangüdənləri olur. Ronaldonun sevgilisi Corcina Rodrigesi də həmişə qoruyurlar. Onlara 4 uşağı böyütməyə dayələr kömək edir. Qadın ailənin heç kimi narahat etmədiyini bildirir.
Ronaldo və ailəsi keçən ilin yayından Turində yaşayırlar. Portuqaliyalı burada “Yuventus”un heyətində İtaliya çempionu olmağı bacarıb.