İtaliya “Yuventus”unun ulduz futbolçusu Kriştianu Ronaldo Portuqaliyanın “Sportinq” klubuna keçməyə yaxındır.
Hokm.az “Report”a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu davamlı tənqidlərə məruz qalır və sabiq komandasına qayıtmaq üçün Turin təmsilçisi ilə müqaviləni ləğv etmək istəyir.
Ronaldo bunun üçün maaşının ciddi şəkildə azalmasına da razıdır.