“Robert Koçaryan Ermənistan prezidentliynə namizədliyini irəli sürməyəcək”.
“Aysor” xəbər verir ki, bunu parlamentin “Ermənistan” fraksiyasının üzvü, deputat Ohanes Hamoyan bildirib.
Onun sözlərinə görə, “Ermənistan” blokunun prezidentliyə başqa namizədi olacaq: “Ancaq Robert Koçaryan bu posta namizədliyini irəli sürməyəcək”.
Qeyd edək ki, Robert Koçaryan 1998-2008-ci illərdə Ermənistan prezidenti olub.