Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olundubackend

Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olundu

M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.

TƏBİB-dən Hokm.az-a verilən xəbərə görə, bu barədə TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. Əmrə əsasən, Pərviz Nadir oğlu Hacıyev Respublika Kliniki Uroloji Xəstəxanasının baş həkimi təyin edilib.

Pərviz Hacıyev 2001-2009-cu illərdə Ankara Universitetində həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb. O, eyni zamanda, Danimarka, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirib. Özəl tibb müəssisəsində çalışıb.

  •  (0)
  •  (0)