Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
“Hokm.az” xəbər verir ki, Rəşad Nəbiyev vətəndaşları Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində yanvarın 31-i, saat 09:00-da qəbul edəcək.
Qəbula 30 yanvar 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.