Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) palataya köçürülüb.
Hokm.az APA-ya istinadən bildirir ki, R. Hüseynov hazırda palatada müalicəsini davam etdirir, səhhətində əvvəlkinə nisbətən xeyli irəliləyiş var.
Qeyd edəki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.