Rafiq Hüseynovun səhhəti ilə bağlı yayılan məlumatlar yalandır.
Hokm.az xəbər verir ki, bunu kult.az-a açıqlamasında Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib. O bildirib ki, Rəmiş nə koronavirusa yoluxub, nə də səhhətində başqa bir problem var:
“Rəmiş sağlamdır. Reytinq qazanmaqdan ötrü Rəmişin adından istifadə edirlər. Sənətkarın adından ağıllarına gələni yazırlar. Dünəndən çox əsəbiyəm. O özü də əsəbiləşir, yaşlı adamdır, 77 yaşı var. Yalan yazanların hamısını məhkəməyə verəcəyəm”.
Qeyd edək ki, daha əvvəl Rəmişin ağır xəstə olması, ötən gün isə koronavirusa yoluxması haqda xəbərlər yayılıb.