Xalq artisti Rafiq Hüseynobəv (Rəmiş) xəstəxanaya yerləşdirilib.
Hokm.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.
O bildirib ki, Rəmiş Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda vəziyyətinin ağır olduğunu vurğulayıb.