“Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilməsinin səbəbi bəlli olub.
Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb.
Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birindən 4 milyon, digərindən isə 3,5 milyon dollar alaraq qaytarmayıb.