Rasim Məmmədov nə vaxt azadlığa çıxıb?backend

Rasim Məmmədov nə vaxt azadlığa çıxıb?

“İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin 2022-ci ildə həbs edilən sədri Rasim Məmmədovun bu yaxınlarda Bakıdakı tədbirlərdən birində iştirak etməsi onun nə zaman azadlığa çıxması sualını aktuallaşdırıb.

Hokm.az-a məlum olub ki, Rasim Məmmədov məhkəmənin ona kəsdiyi cəzanı çəkdiyinə görə azadlığa buraxılıb.

Rasim Məmmədov Cinayət Məcəlləsinin 221.3 itthamı ilə (xuliqanlıqda) təqsirli bilinərək Sumqayıt Şəhər məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-də oranın direktor müavini Ramiz Hüseynovla mübahisə etmiş, MMC-nin anbardarı Sabir müxtəlif dərəcəli bədən xəsarəti yetirmişdi.

O, 2 il 6 aylıq həbs müddətini başa vurdandan sonra sərbəst buraxılıb.

Rasim Məmmədovun sədri olduğu “İctimai Nəzarət Koalisiyası” İB qalmaqallı QHT kimi tanınıb.

  •  (0)
  •  (0)