Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi ilə bağlı müzakirələr davam edir. Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər bitmək bilmir.
Müzakirələrlə bağlı “Demokrat.az”a danışan xalq artisti Rasim Balayev bildirib ki,o da bu hərəkəti pis dəyərləndirir: “Turdan-tura keçmək üçün bu nə hərəkət idi? Əgər erməni belə deyirdisə, qayıdıb gələrdiniz də. Yəni, buna münasibətim həddindən artıq çox mənfidir. Bunların bu hərəkətləri qəbuledilməzdir, biabırçılıqdır. Bunların bir rəhbərləri var, məsləhət etməli idilər. İkincisi də ki, mənim adım Şuşadır. Mənim adımı niyə “Buta” qoyursunuz ki? Odur ki, bu hərəkətlərinə çox pis baxıram”.