Azərbaycan ilk dəfə NATO-nun “Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (MARSEC COE) mərkəzinə üzv qəbul edilib. Sözügedən mərkəzin əsas fəaliyyət istiqaməti üzv ölkələrin dəniz təhlükəsizliyinin təmin edilməsi üçün iştirakı, eləcə də digər ölkələrin bu sahədə öhdəliklərə təşviq edilməsi məqsədini daşıyır.
İmzalanmış texniki razılaşma sənədinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcəkdir.
Hokm.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycanın Mərkəzdəki nümayəndəsi üçüncü dərəcəli kapitan Kamran Tahirbəyli olacaq.
K.Tahirbəyli müdafiə nazirinin sabiq müavini – Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı general-leytenant Ramiz Tahirovun oğludur. O, həm də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşe köməkçisidir.
Qeyd edək ki, Ramiz Tahirov ötən ilin mayında Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.