“Railfreight”: Naxçıvandakı dəmir yolları Qafqazın nəqliyyat qovşağı olacaqbackend

“Railfreight”: Naxçıvandakı dəmir yolları Qafqazın nəqliyyat qovşağı olacaq

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə son qoyan, Rusiyanın iştirakı ilə imzalanmış birgə bəyanatdan sonra Azərbaycan unudulmuş Qafqaz dəmir yolu xəttini yenidən canlandırmağı planlaşdırır.

Hokm.az xəbər verir ki, bunu Böyük Britaniyanın “Railfreight” nəşri yazıb.

Məqalədə deyilir ki, Azərbaycan qərb eksklavı olan Naxçıvana dəmir yolu xəttini bərpa etmək istəyir. Bu isə həm də Naxçıvandan keçən dəmir yolu xətlərini Şimal – Cənub nəqliyyat dəhlizinin bir hissəsi kimi görən İran və Türkiyə üçün faydalı olacaq.

Azərbaycanın Naxçıvan bölgəsinə dəmir yolu xətləri SSRİ dövründə – 1941-ci ildə çəkilib. 1989-cu ildə ittifaqın dağılmağa başlaması, Ermənistan və Azərbaycan arasında siyasi gərginliyin ilk əlamətlərinin ortaya çıxması ilə dəmir yolu xətlərindən istifadə dayandırılıb. Onlar həm də Sovet İttifaqı ilə Körfəzdəki İran limanları arasında daşımaların həyata keçirilməsi üçün də istifadə olunurdu.

Rusiyanı Körfəzlə və hətta Hindistanla əlaqələndirən bu xətt günümüzdə də təxminən eyni məqsədə xidmət edəcək. İşlərə nisbətən qənaətbəxş vəziyyətdə olan təxminən 100 kilometrlik dəmir yolunun yenidən qurulması daxildir.

Rusiya bir neçə ay əvvəl Ermənistan və Azərbaycan arasında düşmənçiliyin dayandırılmasında vasitəçilik edib, eyni zamanda, Azərbaycanda dəmir yolunun inkişafına dəstək verən və nəqliyyat layihələrini dəstəkləyən ilk ökələrdən biri olub. İran isə bu senaridə birbaşa transqafqaz dəmir yoluna çıxışını təmin edəcək fürsət görür. Beləliklə, Naxçıvandakı dəmir yolları regional güclər üçün bir məhsul olacaq, Qafqazda həyati əhəmiyyətli nəqliyyat qovşağına çevriləcək.report

  •  (0)
  •  (0)