Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) qiymətləndirmə sektorunda nəzarət tədbirlərini gücləndirməyi planlaşdırır.
Belə bir açıqlama ilə Tirbuna informasiya agentliyinə danışan Palatanın İntizam Komissiyasının sədri Nahid Həsənov məlumat verib.
O bildirib ki, son dövrlərdə qiymətləndirmə sahəsində fəaliyyət göstərən təşkilatların və qiymətləndiricilərin fəaliyyətinin keyfiyyətinin və şəffaflığının artırılması istiqamətində ciddi addımlar atılır: “Bu tədbirlər qiymətləndirmə prosesinin standartlara uyğun aparılması, etik normalara riayət olunması və vətəndaşların hüquqlarının qorunması məqsədini daşıyır. Palata bu çərçivədə həm qiymətləndiricilərə peşəkar təlimlərin keçirilməsini, həm də inzibati və nəzarət mexanizmlərinin təkmilləşdirilməsini planlaşdırır. Biz istəyirik ki, qiymətləndirmə fəaliyyəti obyektiv və şəffaf qiymətləndirmə nəticəsi ilə fərqlənsin və sektorda peşəkarlığın səviyyəsi yüksəlsin”.
AQP rəsmisi qeyd edib ki, Palata qiymətləndiricilər arasında məsuliyyətin artırılması və peşə etikasına riayət olunması istiqamətində səylərini davam etdirir: “Növbəti mərhələdə planlaşdırılan tədbirlər çərçivəsində sektorda pozuntuların qarşısının alınması və vətəndaşların maraqlarının qorunması üçün əlavə mexanizmlər də tətbiq olunacaq. Palata eyni zamanda qiymətləndirmə sektorunda innovativ yanaşmaların tətbiqini, peşəkarların davamlı inkişafını və bazar iştirakçılarının məlumatlandırılmasını da diqqət mərkəzində saxlayır. Bu tədbirlər uzunmüddətli perspektivdə Azərbaycanın qiymətləndirmə sektorunun beynəlxalq standartlara uyğun inkişafına xidmət edəcək”.
Nahid Həsənov vurğulayıb ki, əsas məqsəd Palatanın nizamnaməsi, daxili normativ sənədləri və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun çərçivəsində fəaliyyətin izlənməsi, pozuntuların qarşısının alınması və peşə intizamının yüksəldilməsi ilə bağlı nəzarət mexanizmlərini gücləndirməkdir: “Qiymətləndirmə sahəsində şəffaflığın təmin edilməsi, innovativ yanaşmaların tətbiqi və peşəkar inkişafın davamlı dəstəklənməsi uzunmüddətli perspektivdə sektorun beynəlxalq standartlara uyğun formalaşmasına xidmət edəcək. Palata olaraq məqsədimiz qiymətləndirmə fəaliyyətində etibarın yüksəldilməsi, sektorda məsuliyyət və peşəkarlığın möhkəmləndirilməsidir. Vətəndaşlar və bazar iştirakçıları üçün şəffaf və obyektiv qiymətləndirmə təmin edilməlidir” – müsahibimiz söyləyib.
Əlavə edib ki, Palata qiymətləndirmə sektorunda nəzarəti gücləndirməklə, həm peşəkarların fəaliyyətini tənzimləməyi, həm də vətəndaşların hüquqlarının qorunmasını prioritet hesab edir: “Gələcəkdə bu sahədə tətbiq olunacaq tədbirlər sektorda standartların yüksəldilməsinə, etik normaların qorunmasına və qiymətləndirmə nəticələrinin obyektivliyinin təmin edilməsinə xidmət edəcək” – müsahibimiz fikrini tamamlayıb.