“Müstəqil ekspert tapmaqda çox çətinlik çəkirik. Ekspertlər müstəqil deyil, müəyyən dövlət qurumları, təşkilatları tərəfindən ələ alınıblar”.
Hokm.az xəbər verir ki, bu sözləri Correct.az saytının redaktoru Rövşən Əsədov “Space” tv-nin efirində yayımlanan “Elin sözü” verilişinə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu ekspertlər son zamanlar aktual olan qiymət artımına belə don geyindirirlər:
“Qiymət artımı ilə bağlı rəsmi açıqlamalar o qədər qəlizdir ki, onları sadə insanlar, xalq başa düşmür. Buna görə də biz ekspertə müraciət etməyə məcbur oluruq. Ekspertlər də aidiyyəti dövlət qurumları, təşkilatları tərəfindən hər hansı bir vasitə ilə ələ alındıqları üçün artıma elə don geyindirirlər ki, sanki qiymət artımı əhalinin rifahına yönəlib, hamı çalıb-oynayacaq. Biz də həmin ekspertin açıqlamasını saytımızda işıqlandırırıq və nəticədə xalqın bizə olan etimadı itir”.
https://m.facebook.com/story.php?story_fbid=4049790251771989&id=100002231635642
Hokm.az