Bəzən düşünürəm ki, mən bu dövrdə yaşamaq üçün yanlış adamam. Heç zaman müharibə istəməmişəm. Amma «niyə müharibə olmasın?» demək üçün əsaslı səbəbim də olmayıb. 30 ildir ki, erməni adlı düşmənimizlə yaşayacaqlarımız, hər gün xəbərimiz olmadan evlərə gedən şəhid tabutlarını yadıma salanda düşünürdüm ki, bəlkə müharibə olsa birdəfəlik xoşbəxt gələcəyə gedə bilərik.
Və 27 sentyabr bizə sürpriz bir səhər oldu. Çünki gözləmədiyimiz anda artıq müharibənin içində idik. Hər şey qəfil başladığı üçün insanların hissləri bir-birinə qarışdı. Bu xəbərə sevinənlər, ağlayanlar və mənim kimi əslində nə baş verdiyini anlamıyanlar da oldu… Hər şey bundan sonra başladı. Birlik adına insanların bir-birinə dəstək olmaları, orduya könüllü döyüşmək üçün gedənlər….
Arxa cəbhədə isə başlayan faciələri isə izləməkdən başqa əlimizdən bir şey gəlmədi. Gəncə, Bərdəyə atılan raketlər…. Həyatları puç olmuş insanlar… Sevgidən məhrum qalan körpələr , bəzilərinin bir neçə günlük status oldu sadəcə…Bəs sonra?! Sonrakı elə də vacib deyil….Necə ki, 1990-cı illərdə atasız qalan körpələr xəbərsiz böyüdü, bax bu körpələr də elə böyüyəcək….Nifrətlə…. “Siz mənim nə yaşadıqlarımı anlamayacaqsız” cümlələri ilə gələcəkdə özlərinə bir yer tutacaqlar…..Hələ körpəsi qarnında olan gənc analar, nişanlı qızlar…. Bizim xəbərimiz belə olmayacaq….
1990-ci il müharibəsindən fərqli olaraq bu müharibə həm də sosial savaş müharibəsi idi…. İnsanlar Vətən uğrunda həm də sosial şəbəkədə döyüşürdülər. Kimi zarafatla “bez kraskasız”, kimi bir kəndin bir neçə dəfə alınmasına lağ edərək, kimi isə sadəcə yeni qələbə xəbəri almırıq tvitini gözləməklə….
Sanki insanlar reallıqda deyildilər…Sanki ön cəbhədə döyüşən əsgərlər bu qrup insanlar üçün əslində ikinci planda idi…..
Ön cəbhədə baş verənlərdən xəbərimiz olub paylaşa bilməmək hissini ailəsində döyüşənlər yaşadı sanki… Günlərlə nələr yaşadıqlarını, bəzən ac, bəzən susuz qaldıqlarını…. Bəzən soyuqdan üşüyüb bəzən də xəyanətə uğradıqlarını bilmədi kimsə….
Bəlkə də biz müharibə adı altında iki dövlətin qurbanı olduq….
İndi isə müharibə başlıyandan erməniyə dəstək olan, silah göndərən, televiziyalarında bizi təhdid edən Rusiya dövlətinin sülhməhrəmanlıları üçün müharibəni bitirib bayram edirik…. Hansı ki, bir neçə gün öncə bu xəbəri eşidib də, etiraz edən insanlar bu xəbəri atəşfəşanlıqla qeyd edir. Bəs başından dəstək olan qardaşımız Türkiyə nə edəcək? Hələ bu sualımızın cavabı yoxdur…
Tək xatırladığım Türkiyə prezidentinin son çıxışları hansı ki, “Azərbaycan torpağını geri qaytarmalıdır”, “bu bütövlük olmazsa olmaz” deməsidir….Sual vermək şansım olsaydı soruşardım cənab Erdoğan bizə Xocalı faciəsini törədən Rusiya indi sülhməramlı olmaqla Xocalıda yaşayan erməniləri qorumaq üçünmü gəlir? Mənim torpağımda ermənini qorumaq? Başa düşmək istiyirəm bunun məntiqi izahı necə olur axı?
5 illik sülhməramlılar…5 il sonra bizi nələr gözləyəcək bilmirik… Amma Erməni adlı düşməni olan vətəndaşda bunun cavabı var. Sadəcə bu cavabı düşünüb dilinə gətirmək istəmirsən…
Və nəhayət dünən böyük qələbəni qeyd edən adamlar…. Bu qələbəyə müharibədə şəhid olan gənclərin ruhuna anmağı unudan gənclər çal-çağıra qarışdılar. Kimi oynamaqla, kimi yürüş etməklə, kimi Şəhidlər Xiyabanına getməklə və kimi də öpüşməklə özünü qalib ölkənin xoşbəxt adamı hesab etdi….
Mən isə sadəcə bütün baş verənlərin suallarla boğulan bir tamaşaçısı oldum….