“Qəbələ”dən imtina edən Heydərovlar “Neftçi”ni “ələ keçirir”? – Sabah müqavilə imzalanacaqbackend

“Qəbələ”dən imtina edən Heydərovlar “Neftçi”ni “ələ keçirir”? – Sabah müqavilə imzalanacaq

Bakının “Neftçi” klubu daha bir yeni sponsorla müqavilə imzalayır.

Hokm.az “Yeni Sabah”-a istinadla xəbər verir ki, klub sabah – dekabrın 10-da saat 12:00-da “Bakcell Arena” stadionunun mətbuat konfransı zalında yeni sponsorla əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirəcəyini rəsmən açıqlayıb. Əldə edilən məlumata görə, klub “Gilan Holding”lə müqavilə imzalayacaq.

Belə ki, yanvarda “Qəbələ”yə sponsorluğu dayandıracağı ilə bağlı məlumat yayan sözügedən şirkət “Neftçi” ilə müqavilə imzalaya bilər.

Qeyd edək ki, “Qəbələ” klubunun prezidenti Tale Heydərov istefa verdikdən sonra atası Kəmaləddin Heydərova məxsus “Gilan Holding” də sponsorluqdan imtina etmişdi.

Belə ki, qərara əsasən “Gilan Holding” 2020-ci ilin yanvarın 1-də “Qəbələ” klubuna  maddi sponsorluğunu dayandıracaq.

  •  (0)
  •  (0)