Qəbələdə toyda kütləvi zəhərlənməbackend

Qəbələdə toyda kütləvi zəhərlənmə

Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 26 nəfər Qəbələ MRX-ya çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.

Hokm.az

  •  (0)
  •  (0)