İş xanımı, “Rita Rish” Estetik Mərkəzinin rəhbəri Təranə Heybətova mükafatlandırma mərasimində geyimi ilə diqqət çəkib.
Hokm.Az xəbər verir ki, o, ötən gün “Reputation Awards 2023” mükafatlandırma mərasiminə qatılaraq təltif olunub.
Bəs görəsən hər kəsin təəccübünə səbəb olan geyim neçəyə ərsəyə gəlib?
Bununla bağlı iş xanımı ilə əlaqə saxladıq.
Saytımıza açıqlama verən Təranə xanım geyimin qiymətinin 2500 dəyərində olduğunu və hədiyyə edildiyini bildirib.
“Geyim “Ajemi Style” kimi tanınan qazimiz Azər bəyin sifarişi ilə “Moyisey” Atelier&Showroom moda evində hazırlanıb. Mənə belə jest etdiyi üçün Azər bəyə təşəkkür edirəm. Çünki mənim üçün hədiyyə olaraq hazırlatdırıb. Gələcəkdə iş birliyinə start verməyi düşünürük. Geyim nə az, nə çox 2500 AZN-ə ərsəyə gəlib”, – deyə vurğulayıb.
.