Ermənistan baş naziri Nikol Paşinyan bu gün daha bir kadr təyinatı edə bilər.
Hokm.az Modern.az-a istinadən xəbər verir ki, Tavuş vilayətinin qubernatoru Ayk Çobanyanın vəzifəsindən azad olunması bu günkü hökumət iclasında müzakirə olunacaq.
Onun Yerevana köçürülərək yüksək texnologiyalar naziri təyin olunması gözlənilir.
Xatırladaq ki, Ayk Çobanyan bir neçə gün öncə açıqlama verərək Qazaxın işğal altındakı 6 kəndinin Azərbaycana qaytarılmayacağını açıqlamışdı.