Qazax İcra Hakimiyyətinin avtomobili su kanalına aşdı, xəsarət alan varbackend

Qazax İcra Hakimiyyətinin avtomobili su kanalına aşdı, xəsarət alan var

Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.

Hokm.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota Kəmri” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

  •  (2)
  •  (1)