Qarlı havada 41 nəfər xəsarət alıb – RƏSMİbackend

Qarlı havada 41 nəfər xəsarət alıb – RƏSMİ

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 41 nəfər müraciət edib.

Hokm.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

“2 nəfər əməliyyat üçün stasionara qəbul edilib”, – deyə məluatda qeyd edilib.

  •  (0)
  •  (0)