Qarabağla bağlı Əlaqələndirmə Qərargahının tərkibi yeniləndi – SƏRƏNCAMbackend

Qarabağla bağlı Əlaqələndirmə Qərargahının tərkibi yeniləndi – SƏRƏNCAM

Azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın tərkibində dəyişiklik edilib.

Hokm.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Yeni Sərəncamla aşağıdakı dəyişikliklər edilib:

1.1. “Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Xalid Əhədov – Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi”;

1.2. “Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” və “Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” abzasları aşağıdakı redaksiyada verilsin:

“Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Elçin Əmirbəyov – Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi”;

1.3. “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin;

1.4. “Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri” sözləri “Aydın Kərimov – Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi” sözləri ilə əvəz edilsin;

1.5. “Kamran Əliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Vahid Hacıyev – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Məsim Məmmədov – Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi”;

1.6. “Fikrət Məmmədov” sözləri “Fərid Əhmədov” sözləri ilə, “İnam Kərimov” sözləri “Məcnun Məmmədov” sözləri ilə əvəz edilsin;

1.7. “Anar Quliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri”;

1.8. “Vüqar Süleymanov” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri”.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  •  (0)
  •  (0)