Qarabağdan qaçaqmalçılıqla İrəvana silah-sursat keçirən qrup ifşa olundu – VİDEObackend

Qarabağdan qaçaqmalçılıqla İrəvana silah-sursat keçirən qrup ifşa olundu – VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağdan avtomat və digər silahların qaçaqmalçılığı ilə məşğul olan qrupu ifşa edib.
Hokm.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nin Mətbuat xidməti məlumat yayıb. Silah qaçaqmalçılığı ilə məşğul olan qrupun başında İrəvan sakini S. B. adlı şəxsin olduğu bildirilib.
O, sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra könüllü olaraq Qarabağa gedib. Daha sonra bir qrup şəxslə əlbir olaraq, silahları qanunsuz şəkildə mənimsəyərək İrəvandakı mənzilinə daşıyıb. Noyabrın başlanğıcında isə sözügedən şəxs silahları 500-600 dollara satmağa hazırlaşıb.
Axtarış zamanı onun mənzilində pulemyot, patron və digər döyüş sursatları tapılıb. Daha sonra isə, Sünik bölgəsinin Tex kəndində İrəvana qanunsuz daşınması və satışı üçün nəzərdə tutulmuş silahların saxlandığı anbarlar tapılıb.
Anbardan ümumilikdə 43 ədəd “Kalaşnikov” avtomatı, 7.62 çaplı 280 patron, 23 qutu 5.45 patron, optik nişanalma binoklları və bir qrant aşkarlanaraq götürülüb.Qafqazinfo
  •  (1)
  •  (1)