Qarabağda hərbi əməliyyatlar zamanı ölən daha 1 erməni hərbçinin cəsədi tapılıb.
Hokm.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” yayıb. Bildirilir ki, meyit Füzulidə aşkar olunub və şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1668-ə çatıb.